KATV1-dən yüksəksürətli internet üçün kampaniya

02-05-2016 / 11:13

KATV1 əhalinin fiber optik şəbəkələrlə təqdim olunan yüksəksürətli genişzolaqlı internetə keçməsi üçün müvafiq stimullaşdırma proqramını elan edib.

KATV1-dən  Xeberler.az-a verilən məlumata əsasən, əhalinin  fiber optik şəbəkələrə keçirilməsi Azərbaycanda internet-infrastrukturu sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.

Fiber-ə keçid nəticəsində istifadəçilər ADSL-dən daha keyfiyyətli internet əldə etmiş olacaq.

Stimullaşdırma proqramı çərçivəsində KATV1 optikaya keçmək istəyən istifaçilər üçün müəyyən üstünlüklər verən kampaniyalara başlanıb.

Beləliklə, optikaya keçid zamanı müvafiq internet-paketinə görə iki aylıq ödəniş edən bütün istifadəçilər pulsuz wifi-modem  və ya hər bir yeni istifadəçi seçdiyi paket üzrə bir aylıq pulsuz internet əldə edəcək. Kampaniya cari ilin 31 avqust tarixinədək qüvvədə olacaq.

Qeyd etmək lazımdır ki, ADSL texnologiyasılə müqayisədə optikanın bir sıra mühüm üstünlükləri var. ADSL ilə eyni qiymətə olan optikanın istifadəçisi məhdudiyyətsiz trafiklə yanaşı daha yüksək sürət əldə edir.

Onu da qeyd etmək lazımdır ki, optik internet üçün ayrıca fiber-optik şəbəkələrdən istifadə olunur, ADSL texnologiyası üçün isə köhnə telefon xəttlərindən istifadə olunur ki, bu da sürətə olduqca təsir edir.

Azərbaycanda mövcud şərtlərə görə KATV1-in optika üzərindən təqdim etdiyi sürət çox yüksək ola bilər. Ümumilikdə, KATV1 şirkəti real sürəti 100 Mbit/s-dək olan internet paketlərini təqdim edir.

Bundan əlavə, KATV1-in təqdim etdiyi optika  məhdudiyyətsiz trafiki təmin edir ki, bu da bir ailənin bütün üzvlərinin daim müxtəlif videoalara baxması və ADSL-paketinin limitini aşması baxımından çox vacibdir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə