KATV1 MyvideoSmartBox cihazını təqdim edib

06-08-2015 / 16:25

KATV1 İnternet vasitəsilə televizorda telekanal və video izləmək üçün nəzərdə tutulan MyvideoSmartBox cihazını təqdim edib.

KATV1-dən Xəbərlər-ə verilən məlumata əsasən, bu ağıllı cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verəcək.

MyvideoSmartBox sahibləri milli televiziya kanalların hamısını pulsuz izləyə biləcək, pullu abunəyə (ayda 10 manat) qoşulduqda isə xarici kanalları da izləmək imkanını əldə etmiş olacaqlar. 

Bundan əlavə, MyvideoSmartBox vasitəsilə müasir film, serial, həmçinin klassik kinolarla zəngin olan myvideo.az saytının geniş videotekasına da daxil olmaq olar. Onu da qeyd etmək lazımdır ki, sözügedən ağıllı cihaz vasitəsilə istifadəçilərin yüklədiyi həvəskar videoları və ya brendləşdirilmiş İnternet-kanalları da izləmək mümkündür.

MyvideoSmartBox-un xüsusiyyətlərindən biri də televizordan Skype, Instagram, Facebook və Youtube kimi məşhur proqramlara çıxış imkanının olmasıdır. Məsələn, televizorun böyük ekranından istifadə etməklə Skype vasitəsilə qohum və yaxınlarınızla daha rahat ünsiyyət yaratmaq, Youtube-da müxtəlif videoları izləmək və ya Facebook-da dostlarınızla yazışmaq olar.

"Demək olar ki, istənilən bir azərbaycanlı dünyanın istənilən yerindən telekanallarımızı izləyə bilər. Bu məsələyə dair yardım əldə etmək məqsədilə Myvideo.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etməyi planlaşdırır. Myvideo.az Azərbaycan Respublkasının xarici ölkələrdəki səfirliklərini də MyvideoSmartBox cihazı ilə təmin etməyə hazırdır", deyə Əli Əliyev qeyd edib.

Qeyd etmək lazımdır ki, MyvideoSmartBox cihazının qiyməti 50 manat təşkil edir; xarici kanalları izləmək üçün abunə haqqı isə ayda 10 manat təşkil edir.

Sözügedən cihazın seçilməsi zamanı 20 istehsalçının analoji məhsullarının texniki baxımdan müqayisəli təhlili aparılıb. Cihaz 4-nüvəli prosessorla təchiz edilib ki, bu da onun yüksək sürətliliyini təmin edir. Bu cihaz vasitəsilə 110 kanalı izləmək mümkündür. Bundan əlavə, arxivləşdirmə xidmətinin yardımılə MyvideoSmartBox-un istifadəçiləri istənilən telekanalın 10 günlük arxivini də izləyə bilər.

Məhsulun Azərbaycan bazarına çıxarılması çərçivəsində xarici telekanal və müxtəlif servislərlə müvafiq müqavilələr da bağlanıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə