KATV1 öz şəbəkəsinə Ukrayna telekanalı əlavə edib

22-01-2016 / 10:56

KATV1 öz şəbəkəsində “UA|TV” Ukrayna telekanalını təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, sözügedən Ukrayna kanalı KATV1 şirkətinin qonşu ölkələrlə tərəfdaşlıq üzrə çoxtərəfli inteqrasiya siyasəti çərçivəsində təqdim edilib. Məhz həmin strategiya çərçivəsində ötən il rusdilli beynəlxalq məkanda KATV1 tərəfindən idarə edilən TMB RU telekanalı da təqdim edilib.

Bu kanal KATV1-in əsas TV-paketinə daxildir:

“UA | TV” telekanalı ilk öncə Ukraynaya aid və Ukrayna haqqındakı obyektiv, aktual və dolğun məlumatlara daim ehtiyacı olan Ukrayna diasporasının nümayəndələri və rusdilli izləyicilər üçün nəzərdə tutulur.  

İngilis altyazılı ukraynca və rusca yayımlanan ənənəvi televiziya verilişlərindən savayı izləyicilər bu telekanalda Ukraynada baş verənlər haqda ingilis və rus dillərində olan xəbər xəttlərindən məlumatlanacaq, həmçinin ukraynca, rusca, ingiliscə, almanca, ispanca və digər dillərdə təqdim edilən geniş məlumatdan da bəhrələnə bilər.

Gün ərzində seyrcilər ukraynca və rusca olan 40-dan çox xəbər verilişlərini, həmçinin Ukrayna, Şərq, Krımda baş verən hadisələr, iqtisadi islahatlar gedişatı, elm və mədəniyyətdə olan son nailiyyətlər, tanınmış ukraynalılar, tarix, gözəl təbiət və turistik istiqamətlər haqqında olan maraqlı verilişləri izləyə biləcəklər.

Xeberler.az  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə