KATV1 veteranlar üçün güzəştli TV paketini təqdim edib

06-04-2016 / 11:31

KATV1-in “Veteran” adlı sosial paketi çərçivəsində güzəştli qruplar əsas TV-paketini ayda cəmi 5 manata izləyə bilirlər.

KATV1-dən Xeberler.az-a  verilən məlumata əsasən, sözügedən sosial paket Böyük Vətən müharibəsi və Əfqanistan veteranlarına, həmçinin 1-ci və 2- ci qrup Qarabağ Müharibəsi əlillərinə təqdim olunur.

Şirkətdə qeyd ediblər ki, sözügedən sosial paket KATV1 şirkətinin yarandığı 2006-cı ildən mövcuddur və yuxarıda qeyd olunan qrupa daxil olan hər kəs həmin güzəştin üstünlüklərindən bəhrələnə bilər. Bununla belə, sosial paketdən həm yeni abunəçilər, həm də artıq qoşulmuş abunəçilər istifadə bilər. Qeyd etmək lazımdır ki, “Veteran” sosial paketi Myvideo.az portalı vasitəsilə yayımlanan ödənişli telekanallara da şamil olunur.

KATV1 şirkəti həm güzəştli qrupların sayını, həm də “Veteran” sosial paketi çərçivəsində göstərilən xidmətlərin siyahısının genişləcəyini də istisna etmir.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə