KATV1 yayım paketlərinin formalaşdırılmasında dəyişiklilər edəcək

05-08-2015 / 12:07

Sentyabrın 1-dən  KATV1 kabel televiziyası  paketlərin formalşdırılmasına bəzi dəyişiklilər edəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  dəyişikliklər əsasən abunəçilərə  kanalların yayim dili secimini və istəyə görə kanal seçimindən ibarət yayım paketini formalaşdırmaq imkanı verir, eyni zamanda HD paketinin daha da zənginləşdilməsinə şərait yaradır

Əsas paketdə “əyləncəli”, “kinofilimlər” və “idman” formatlı populyar kanallar üstünlük təşkil edəcək.

Yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı yaradacaq.

KATV1 kabel televiziyası yüksək keyfiyyətli yayımı təmin etmək üçün  HD qəbuledicilərə (resiverlərə) və yeni nəsil Smart Box-lara keçidi reallaşdırır.  KATV 1-in inetnet xidmətinin istifadəçiləri bu Smart Box-lar vasitəsi ilə şirkətin təqdim etdiyi kanalları 10 günlük arxiv ilə izləyə bilərlər.

Yuxarıda göstərilən dəyişiklikləri nəzərə alaraq sentyabrın 1-dən  təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək.

 Xeberler.az

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə