Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

27-07-2015 / 10:47

Regionlarda telefon şəbəkəsi üzrə kənd elektron ATS-lərinin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili layihəsi çərçivəsində ümumilikdə 100 km-dən artıq məsafədə fiber-optik kabel xətləri çəkilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, 15-dən artıq kənd EATS-nin şəbəkəyə rəqəmsal bağlantısı təmin edilib, 17 yeni EATS tikilib, 15 EATS-in tutumu artırılıb.

Lerik rayonunun Mistan, Almu və Peştətük yaşayış məntəqələrində, Astara rayonunun Şağlazüzə kəndində, Bərdə rayonunun Əliyanlı kəndində, Qax rayon mərkəzində müasir tipli stansiya avadanlığı quraşdırılaraq dövrəyə alınıb.

Ümumilikdə 20-dən artıq kənd EATS-nin xidmət ərazilərində informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.