Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015 / 12:52

Neuron Technologies şirkəti ölkəmizdə ilk dəfə olaraq, elektron kənd təsərrüfatı həllərinin tətbiqinə başlayıb.

Xeberler.az bildirir ki, Fermer Evinin kompleks elektron idarəetmə sistemi artıq istifadəyə verilib.  Layihə çərçivəsində AR Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıq vasitəsilə Qubada Aqrar-Elm Mərkəzinin nəzdində Fermer Evi yaradılıb, burada mütərəqqi elektron idarəetmə sistemləri və müasir İKT infrastrukturu qurulub. 

Fermer Evi kompleks elektron idarəetmə sistemi ayrı-ayrı sistemlərdən ibarətdir.  Bu sistemə fermerlərin elektron məlumat bazası, elektron aqrar sistemi, onlayn ticarət portalı, aqrar bilik bazası, fermerlərin və sistem istifadəçilərinin sosial şəbəkəsi və forumlar, onlayn-oflayn və real zamanda təşkil olunacaq təlimlər, müəssisə idarəetmə sistemləri, o cümlədən kadrların elektron idarəetmə edilməsi, onlayn çat və bir sıra digər innovativ funksionallıqlar daxildir.  Bu kompleks sistem çoxsaylı fermer ictimaiyyətini, aqrar sahə üzrə müvafiq dövlət qurumlarını, biznes dairələrini vahid bir elektron məkanda birləşdirir.  Fermerlər Fermer Evinə gələrək, onlayn nöbvə sistemi vasitəsilə aqrotexniki, bitki mühafizəsi, baytarlıq və zootexniki, meyvəçilik, biznes planlaşdırma, kredit və sığorta, hüquq və marketinq sahələri üzrə mütəxəssislərdən məsləhətlər ala biləcəklər.  Bütün bu xidmətlər həmçinin şirkətin qurduğu onlayn çağrı mərkəzi vasitəsilə də uzaqdan əlçatan olacaq.

Fermerlər www.fermerevi.az internet portalında qeydiyyatdan keçəcəklər.  Fermerlər həmçinin Fermer Evinə gələrək, burada yaradılan innovativ elektron mühitin köməyilə  aqrolizinq, fitosanitar, baytarlıq, toxumşuluq, aqrar-elm və digər sahələrdə xidmət göstərən qurumlar ilə birbaşa əlaqə yarada, müraciətlərini mərkəzləşdirilmiş qaydada təqdim edə və həmin qurumlar tərəfindən göstərilən xidmətlərdən və imtiyazlardan yararlana biləcək. Fermer evində fermer və sahibkarlara regionda kənd təsərrüfatı məhsulları istehsalında, texnikanın, eləcə də torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin həlli üsulları öyrədiləcək.

Fermer evinin www.fermerevi.az internet portalında güzəştli kredit şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq barədə məsləhətlər fermerlər üçün əlçatan olacaq. Fermerlər kompüter və ya smartfon vasitəsilə yaranan sualları və ya problemleri barədə məlumatı aidiyatı əməkdaşa yönəldərək qısa müddət ərzində problemlerinin həllini tapacaqlar. Fermer evi elektron idarəetmə sistemi vasitəsi ilə fermerlər məhsullarını dünya bazarına çıxarmaq imkanı da əldə edəcəklər.

Neuron Technologies şirkəti Quba Fermer Evində həmçinin mütərəqqi texnologiyalara əsaslanan İKT infrastrukturunun yaradılmasını həyata keçirib.  Burada ən müasir texnologiyalara əsaslanan şəbəkə, server, səs və proyektor sistemləri qurulub.  Fermer Evində Neuron brendi altında elektron növbə kioskları, informasiya və təqdimat kioskları istehsal edilib.  Fermer Evinə fiber optik xətt çəkilib və 100 Mbit/saniyə yüksək internetlə təmin olunub.

Açılış mərasimində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Kənd Təsərrüfatı Naziri Heyder Əsədov və tədbirdə iştirak edən  nazirliyinin müvafiq qurumları, rayon rəhbərliyi, səfirlik nümayəndələri, beynəlxalq təşkilatların, fermerlər, sahibkarlara Fermer Evi kompleks elektron idarəetmə sistemini nümayiş etdirib. 

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.