Kiber fırıldaqçıların qurbanları 8 milyon xərcdən xilas edilib

09-08-2017 / 12:40

2016-cı ilin iyul ayında Kaspersky Lab McAfee, Avropol və Niderland polisi tərəfindən troya-fırıldaqçıları ilə mübarizəyə yönəlmiş birgə beynəlxalq təşəbbüs olan “No More Ransom” layihəsi təqdim edilib.

Layihənin ilk ilinin əsasən 28 mindən artıq cihazda zərərli proqram təminatları aşkarlanıb və fırıldaqçılar tərəfindən tələb olunan məbləğin 8 milyon avro dəyərində olan hissəsinə isə qənaət olunduğu bildirilib.

Bu barədə Xeberler.az-az-a şirkətdən məlumat verilib.

www.nomoreransom.org saytında Kaspersky Lab və layihənin digər iştirakçıları tərəfindən hazırlanmış faylların deşifrə olunması üçün 54 alət tapmaq mümkündür. Bu alətlər 104 növ fırıldaqçılıqla uğurla mübarizə apara bilirlər.

 İl ərzində “No More Ransom” saytına 1,3 milyon unikal istifadəçi daxil olmuş və onların 150 mini məhz 14 may tarixinə — WannaCry adlı şifrləyici epidemiyasının pik nöqtəsinə təsadüf edir.

“No More Ransom” platforması artıq 26 dildə mövcuddur. Ötən il ərzində sıralarında özəl şirkətlər və müxtəlif ölkələrin hüquq-mühafizə orqanları olan yüzdən çox tərəfdaş layihəni dəstəkləyibdir. Tərəfdaşlar sırasına yeni qoşulmuş qurumlardan – “Barclays” bank konqlomeratı, Belçikaya məxsus CERT (CERT.BE) və kiberekspertiza üzrə Qlobal forum (Global Forum on Cyber Expertise, GFCE), eyni zamanda da Çexiya, Yunanıstan, Honq-Konq və İranın hüquq-mühafizə orqanları da daxildir.

“Hər gün daha çox istifadəçi və təşkilatlar fırıldaqçı-proqramlardan zərər çəkir. Sadəcə WannaCry virusunun qurbanlarının sayı bir neçə gün ərzində 150 ölkədən müxtəlif kommersiya təşkilatları  və kritik infrastruktur obyektləri də daxil olmaqla, 300 min istifadəçiyə qədər çatmışdı. “ExPetr” şifrləyicisinin hücumuna məruz qalan bəzi təşkilatlar hələ də özlərinə gələ bilməyiblər. Bu epidemiyalar tendensiyanı sadəcə təsdiq etmiş olurlar. Həmçinin fırıldaqçılarla üzləşənlərin ümumi sayı artmaqda davam edir: son il ərzində bu say 11% artıb və artıq 2,5 milyon insanı aşıbdır. Bu kimi hallarda təhlükələrə qarşı birgə mübarizə aparmaq daha məqsədəuyğundur, belə ki, qlobal problemləri yalnız qlobal səylərlə aradan qaldırmaq olar,” – deyə Kaspersky Lab şirkətinin antivirus üzrə eksperti Anton İvanov bildirib.

Bütün dünyada hüquq-mühafizə orqanları fırıldaqçı-proqramlarla bağlı kibercinayətkarlıqla mübarizə aparır, lakin bu kimi halların qarşısını almaq onların fəsadlarını aradan qaldırmaqdan daha asandır. Bu səbəbdən internet istifadəçiləri ilk öncə cinayət qurbanı olmaqdan yaxa qurtarmağın yollarını bilməlidirlər. Fırıldaqçının hücumunu qabaqlamaqla bağlı məsləhətləri bu keçiddən əldə edə bilərsiniz: www.nomoreransom.org/ru/prevention-advice.html.

Ancaq siz artıq zərərli proqram təminatının qurbanı olmusunuzsa, ekspertlər heç bir halda pul verməməyi və məruz qaldığınız zərər barədə mütləq polisə məlumat verməyi məsləhət görürlər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.