Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017 / 10:05

Asiya Olimpiya Şurası 2022-ci ildə Çinin Xançjou şəhərində keçiriləcək Asiya oyunları proqramına kiberidmanı daxil edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki,  Asiya oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Şurası tərəfindən 4 ildən bir təşkil edilən idman tədbiridir. Oyunların proqramına ənənəvi idman növləri daxildir.

Kiberidmançılar 2022-ci ildə Asiya oyunlarının tamhüquqlu iştirakçıları olacaq və tutulmuş yerlərdən asılı olaraq medallar qazanacaqlar. Şura nümayəndələrinin sözlərinə görə, proqrama kiberidmanı daxil etmək qərarı yeni formatlı idman tədbirlərinin populyarlığının artması ilə əlaqədardır. Hələ ki, hansı kompüter oyunları və janrlarının proqrama daxil ediləcəyi məlum deyil.

Kiberidman 2018-ci ildə İndoneziyanın paytaxtı Cakartada keçiriləcək Asiya oyunları çərçivəsində də təqdim ediləcək. Lakin rəsmi proqrama daxil olmayan nümayiş yarışları olacaq. Həmçinin kiberidmançılar 2017-ci il Asiya oyunlarında döyüş sənəti üzrə yarışlarda iştirak edəcəklər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə