Kibertəhlükəsizlik ekspertlərinin Azərbaycanda ilk toplantısı baş tutdu

15-04-2019 / 10:18

Azərbaycanda ilk dəfə müxtəlif sahələrdə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən 40-dan çox ekspert birgə toplantısı baş tutdu.

Xeberler.az  bildirir ki, Cybero Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə şirkətin Türkiyə tərəfdaşı olan BGA şirkətinin rəhbəri Hüzeyfe Onal və “Red Team” lideri Halil Dalabazmaz da iştirak etmişdir. Görüş “Red Team” və pentesting üçün OSİNT, məlumat toplama və analiz metodları, o cümlədən ofis sənədlərinə ineksiya edilmiş zərərvericilər barədə təqdimatlara və geniş müzakirələrə həsr edilmişdir.

Görüş çox müsbət aurada keçirildi və iştirakçı ekspertlər tərəfindən müsbət qiymətləndirildi. Ölkəmizdəki kiber təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi, problemlərin və onların həlli yollarının, fikir və layihələrin müzakirəsi, o cümlədən sahənin ölkəmizdə daha da inkişaf etdirilməsinə dəstək olmaq məqsədi ilə Cybero Kibertəhlükəsizlik Mərkəzi Azərbaycanda kibertəhlükəsizlik ekspertlərinin birliyini ifadə edən belə görüşlərin keçirilməsinə daima öz dəstəyini göstərəcəkdir. Cybero bu kimi görüşlərdə iştirak etmək istəyən və sahə üzrə çalışan bütün mütəxəssisləri “Cybero - Cyber Security Community” facebook qrupuna qoşulmağa dəvət edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.