Kibertəhlükəsizliyin ən zəif olduğu region bəlli olub

26-08-2016 / 12:46

ABŞ-ın Mandiant şirkəti kiberfırıldaqçılıq üzrə tədqiqat apararaq Asiyada əksər təşkilatların kiberhücumlardan pis mühafizə olunduğunu açıqlayıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, tədqiqata görə, hücum və onun ifşa olunması arasında günlərin orta sayı 520 təşkil edir ki, bu da digər ölkələr üzrə orta göstəricidən 3 dəfə çoxdur.

Həmçinin Asiya ölkələrinin başqa dünya ölkələri ilə müqayisədə kiberfırıldaqçılar üçün daha çox "cəlbedici" olması bəlli olub.

Asiya şirkətlərinə qarşı həyata keçirilən hər kiberhücumda 3,7 qiqabayta yaxın məlumat oğurlanıb. Lakin insidentlərin əsas hissəsi regionda informasiya sızmasını tənzimləyən hüquqi bazanın hazırlanmamasına görə açıqlanmayıb.

Mandiant şirkətinin texniki şöbəsinin rəhbəri Qreydi Sammersin sözlərinə görə, Asiyada kibertəhlükəsizliklə bağlı vəziyyət narahatlıq doğurur.

Tədqiqat çərçivəsində Mandiant Asiya şirkətlərindən birinin təhlükəsizliyini yoxlamaq üçün onun şəbəkəsinə kiberhücum təşkil edərək 3 gün ərzində sistemi tam ələ keçirib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə