“Kiçik biznes sosial şəbəkələrə istiqamətlənir”

21-07-2015 / 14:59

Allbiz aparıcı beynəlxalq İnternet ticarəti portalı iştirakçılar arasında sorğu keçirərək kiçik biznes nümayəndələrinin 78 faizinin sosial şəbəkələri müştəriləri cəlb etmək üçün effektiv kanal hesab etməsini, onların 50 faizinin artıq şəxsi səhifə açmasını müəyyənləşdirib.  

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, kütləvi tələbat malları sosial mediadan effektiv satış kanalı kimi çoxdan və aktiv istifadə edir. Lakin “Biznes üçün biznes” (B2B) seqmentində vəziyyət xüsusilə spesifik və dar auditoriyanın tələb olunduğu kiçik və orta biznesdə fərqlidir.

Sorğu iştirakçılarının üçdə bir hissəsi sosial şəbəkələrdən potensial sifarişçilər arasında brendi, malı və ya xidmətləri yaxşı tanımaq, 28 faizi mövcud müştərilərlə ünsiyyət və onlardan əks əlaqə almaq və bir o qədər sayda yeni satış kanal əldə etmək üçün istifadə edir. Şirkətlərin 7 faizi əmindir ki, sosial şəbəkələrdə akkauntlar vasitəsilə hazırkı müştəriləri nəyisə almağa həvəsləndirə bilər.

Kiçik biznes nümayəndələri arasında VKontakte sosial şəbəkəsi daha populyardır. Sahibkarların təxminən yarısı işdə bu sosial şəbəkədən yararlanır. İkinci yeri Odnoklassniki tutur. Burada rəyi soruşulan şirkət nümayəndələrinin 22 faizi akkaunt açıb. Üçüncü yerdə 11 faizlik payla Facebook qərarlaşıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.