Kiçik və orta sahibkarlığın inkişafı üçün yeni layihə- Smartappp

15-02-2016 / 11:37

Azərbaycanda kiçik və orta sahibkarlığa geniş dəstək vermək, elektron və mobil sahibkarlığı inkişafını təmin etmək, həmçinin  mağaza və obyektlərin gəlir və qazanclarını yüksəldərək əlavə qazanc əldə etmək imkanı yaratmaq üçün Smartappp startap layihəsi yaradılıb.

Xeberler.az olaraq Smartappp-in fəaliyyət istiqaməti  ilə bağlı daha ətraflı layihə rəhbəri Reyhan M.Güreşçi ilə söhbət etdik.

Reyhan M.Güreşçi  bildirib ki, Smartappp  layihəsi  sosial iqtisadi yönümlü startapdır.

Onun sözlərinə görə, layihəsinin rəsmi olaraq  ötən il fəaliyyətə başlayıb. 2016-ci ilin yanvar ayına qədər proqram təminatının hazırlanması, distributor və menecerlərlə işin təşkili, obyekt və mağazalarla ilkin görüşlər keçirilib. Bu ilin yanvar ayında isə layihə tam olaraq fəaliyyətə başlayıb:

“Məqsədimiz Azərbaycanda kiçik və orta sahibkarlığa geniş dəstək vermək, elektron və mobil sahibkarlığı inkişafını təmin etmək, mağaza və obyektlərin gəlir və qazanclarını yüksəltməkdir. Həmçinin reklam  və sairə xərclərini azaltmaq, sədaqətli müştəri bazası formalaşdırmaq, rəqəbətə qarşı dayanaqlı mühit formalaşdırmaqdır”.

 Layihə rəhbəri qeyd edib ki, Smartappp əhalinin  alıcılıq qabiliyyətini yüksəltmək və bütün mağaza və obyektlərdə endirimli alış-veriş etmək, həmçinin  proqram üzərində veb-messencer vasitəsilə yazışma, reklam izləyib pul qazanmaq imkanı verir:

“2015 ildə baş verən proseslər (devalvasiya, neftin qiymətinin düşməsi, sahibkarların gəlirlərinin azalması, qiymətlərin qalxması, bir sıra mağaza və obyektlrəin bağlanması və s. ) ölkədə və cəmiyyətdə böyük problemlər yaratdı. Bu problemlərin qismən həllində bizim layihə böyük rol oynayacaq. Layihəmiz dövlətin və hökümətin sosial-iqtisadi siyasətinə dəstək verir”.

Reyhan M. Güreşçinin sözlərinə görə, Smartappp biznes modeli qlobalda və yerli bazarda olan biznes modellərindən fərqlənir.

Belə ki, Smartappp geniş reklam imkanları, müştərini  yönəldirmə, sədaqətli müştəri bazasını inkişaf etdirib,  vahid müştəri bazasına (yüz minlərlə alıcıya) çıxış  əldə etmək imkanı verir.  Həmçinin  mobil və elektron biznes qurmaq, əlavə qazanc, satıcılara nəzarət etmək imkanı da təqdim edir.

Layihə rəhbəri deyib ki, proqramın dəyəri cəmi 199 dollardır (illik). 

Reyhan M.Güreşçi  bildirib ki, hazırda Smartapp-in Android sistemi üzərində  işləyirlər. iOS sistemi üzərində yaxın 1-2 ay ərzində işlər bitəcək:

“Bilirsiniz ki, iOS sistemi bütün proqramları geniş incələyir, yoxlayır və sonra Apple Store-dən yerləşdirilir. Ona görə iOS tətbiqi gecikir. Layihə çərçivəsində iki mobil əlavə (müştərilər və alıcılar üçün SMARTAPPPCUSTOMER,  mağazalar və obyektlər üçün SMARTAPPPSHOP) hazırlanıb və istifadəyə verilib”.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə