Kitablarımızı milli saytlardan oxuyun

29-08-2015 / 12:51

Kitabları elektron qaydada oxumaq istəyirsinizsə Xeberler.az olaraq “Milli resurslar” rubrikası çərçivəsində araşdırdığımız saytları izləyə bilərsiniz.

vivo-book.com saytından istədiyiniz kitabların elektron variantını yükləyib oxuya bilərsiniz.

ekitabxana.com saytından əsərlərlə yanaşı dərs vəsaitlərini də yükləyə bilərsiniz.

preslib.az Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının rəsmi səhifəsidir.

ebooks.az saytı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının “Elektron kitablar” Verilənlər bazası Azərbaycanın tarixini, iqtisadiyyatını, mədəniyyətini, eləcə də müxtəlif elm sahələrini əhatə edən kitabların elektron variantlarının toplandığı Elektron Kitabxanadır.

elibrary.bsu.az Bakı Dövlət Universitetinin Elektron Kitabxanasıdır.

elektronkitab.com saytından müxtəlif kitablarla yanaşı vacib proqramları da yükləyə bilərsiniz.

kitabxana.net saytı yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanadır.

anl.az saytı M.F.Axundov adına milli kitabxananın rəsmi internet səhifəsidir.

e-book.az saytında istədiyiniz kitabın adını yazıb yükləyə bilərsiniz.

baku.blue pulsuz pdf formatında elektron kitab yükləmə saytıdır.

1001kitab.az saytı kütləvi nəşrlərin elektron variantının oxuculara çatdırılması məqsədilə yaradılıb.

book.ilkaddimlar.com saytından kitabları elektron qaydada oxuya bilərsiniz.

e-kitab.ameanb.nmr.az saytı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin elektron kitabxanasıdır.

qanun.az saytı “Qanun nəşriyyatı”nın rəsmi internet səhifəsidir. Fəlsəfə, tarix, uşaq ədəbiyyatı, dini ədəbiyyat, mətbəx və sağlamlıqla bağlı kitabların elektron variantını bu radan yükləyə bilərsiniz.

elmler.net saytı Azərbaycan Gənc Alimlərinin Elektron Kitabxanasıdır.

sdu-elibrary.info saytı Sumqayıt Dövlət Universitetinin Elektron Kitabxanasıdır.

kitabxanam.blogspot.com saytından müxtəlif kitabların elektron variantını yükləyə bilərsiniz.

kitablarinelektronversiyasi.blogspot.com saytından da kitabların elektron versiyasını yükləyə bilərsiniz.

kitab-yukle.blogspot.com saytından da kitabların elektron versiyasını yükləyə bilərsiniz

e-derslik.edu.az saytından elektron dərslikləri yükləyə bilərsiniz.

kitabadasi.com saytında milli, eyni zamanda xarici əsərləri oxuya bilərsiniz.

kitab.az saytında istədiyiniz kitabın adını yazaraq elektron oxuya bilərsiniz.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.