Kitabxana sahəsində innovasiyalar müzakirə ediləcək

01-11-2016 / 12:45

Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək üçün Gəncə şəhərində müxtəlif mədəni tədbirlərin keçirilməsi məqsədilə tədbirlər planı təsdiq edilib.

Xeberler.az-ın məlumatına görə, tədbirlər planına əsasən Nazirliyin, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə cari ilin 02-03 noyabr tarixində Gəncə şəhərində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək.

Elmi-praktiki konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri Vadim Stepanov, Aleksandra Vaxruşeva, Vladimir Lyutetski, Yekaterina Popova, Olqa Andon və Pavel Pelevin iştirak edəcək.

Konfransın proqramına Azərbaycan və Rusiyanın bu sahədə yüksək təcrübəyə malik peşəkar mütəxəssislərinin birgə iştirakı ilə iki gün ərzində diskussiyaların, interaktiv elmi debatların aparılması, “dəyirmi masa”ların keçirilməsi, qabaqcıl təcrübəyə və kitabxana-informasiya sahəsində tətbiq olunmuş yeniliklərə əsaslanan mülahizələrin edilməsi və aktual məsələlər üzrə müzakirələrin aparılması daxil edilmişdir.

Konfrans respublikanın müxtəlif kitabxanalarında çalışan gənc kitabxanaçılar üçün mütərəqqi bilik və vərdişlərin mənimsənilməsi, innovativ metodların öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əməli-praktiki əhəmiyyətə malik olacaqdır.

 

Günel 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.