KİV-in İnkişafına Yardım Fondununa hələlik heç bir mətbuat orqanı layihə təqdim etməyib

10-07-2009 / 13:42

Mətbuatın inkişafına dövlət dəstəyini həyata keçirmək məqsədi ilə Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Yardım Fondunun iyulun 1-dən 30-dək elan etdiyi layihə müsabiqəsinə hələlik heç bir mətbuat orqanı və jurnalist birliyi layihə təqdim etməyib. Bu barədə APA-ya Fondun aparıcı məsləhətçisi Arif Ələsgərli məlumat verib.

Onun sözlərinə görə, fond layihə müsabiqəsi ilə bağlı jurnalistləri maarifləndirmək üçün iki treninq keçirib. Birinci treninqdə 33 jurnalist qeydiyyatdan keçsə də, 25 nəfər iştirak edib. Dünən başa çatan ikinci treninqdə isə 39 jurnalist qeydiyyatdan keçsə də, 31 nəfər iştirak edib. Treninqlərdə iştirak edən jurnalistlərin hər biri ayrı-ayrı mətbuat orqanlarını təmsil edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə