KoçSistem startap bazarına yeniliklər gətirir

08-12-2015 / 12:59

Məlumat verdiyimiz kimi, KoçSistem Azərbayca MMC Qafqaz QU texnoparkında yeni Tədqiqat Mərkəzi açmaqla Azərbaycandakı fəaliyyətini genişləndirməyə hazırlaşır.

Bu fəaliyyət istiqamətində KoçSistem Azərbaycanın startap ekosistemində də yeniliklər etməklə, bu sektora fayda verməyə hazırlaşır. Yerli startap layihələrimizlə bağlı yeniliklə təklif edəcəyini deyən şirkətin direktoru Ali Kutvan bu barədə Xeberler.az-a daha ətraflı məlumat verib.

Onun sözlərinə görə, Qafqaz Universitetinin QU texnoparkında fəaliyyətə başlayacaq Tədqiqat Mərkəzi Azərbaycanın startap layihələrinə xüsusi diqqət ayıracaq.

Belə ki, KoçSistem Azərbaycanın startap bazarında bəzi yeniliklər edəcək:

"İlk olaraq Qafqaz QU texnoparkının təşkil etdiyi müsabiqənin münsiflər heyətini dünya təcrübəsi olan xarici İT mütəxəssislərdən təşkil etməyi düşünürük. Eyni zamanda KoçSistem Azərbaycan olaraq startaplara investisiya dəstəyi də göstərəcəyik".

Ali Kutvan bildirib ki, uğurlu gələcək gördükləri startaplara şirkətin Azərbaycan və Türkiyədə ofislərimdə təlim keçmib beynəlxalq təcrübə ilə yaxından tanış olmaq, inkubasiya kimi dəstək proqramları həyata keçirəcəklər.

Şirkət direktoru Azərbaycanda bəyəndikləri startapları satın alma kimi məsələləri də diqqətdə saxlayacaqlarını bildirib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə