Köhnə Amiga oyunu yenidən satışda

28-08-2009 / 10:05

1994-cü ildə PC (personal computers) və Amiga-ya çıxan Beneath Steel Sky adlı klassik macəra oyunu indi də iPhone və iPod Touch üçün hazırlanır.

Oyunun adı Beneath a Steel Sky- Remastered olacaq. Oyun payızda bazara çıxarılacaq. Cyberpunk bir oyun olan Beneath Steel Sky, kursorla ekrandakı yerlərə və obyektivlərə basaraq qarşılıqlı təsirdə olduğumuz, bilməcələri həll edərək hekayəni davam etdirdiyimiz bir macəra oyunu idi. Bu oyun elm-fantastika hekayəsinin dərinliyi və atmosferiylə təsir edici oyun kimi tanınırdı.

Qaranlıq gələcəkdə çirkli bir dünyada keçən oyuna, o dövrü yaşamış olan bir çox oyunçu yenidən qovuşmaqdan böyük xoşbəxtlik duyacaq. Oyunun prodüsseri olan Revolution Software, mobil bazardakı potensialı gördüyü üçün Revolution Pocket adlı bir hissə qurub. Bu hissə firmanın digər klassik oyunlarından olan Broken Sword: The Shadow of the Templars-ı da iPhone-yə qazandıracaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə