Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017 / 15:49

Məlumat verdiyimiz kimi, ölkəmizdə Microsoft Imagine Cup 2017 müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşdi.

Belə ki, müsabiqənin yekunlarına əsasən, Baki Ali Neft Məktəbinin Neftçi komandası qalib olu. 

Qeyd edildi ki, Neftçi komandası may ayında Kiyev şəhərində MDB ölkələri üzrə Microsoft İmagine Cup-da Azərbaycanı təmsil edəcək.

Xeberler.az-ın məlumatına görə, Kiyev şəhərində  Microsoft İmagine Cup müsabiqəsi keçirilib.

Komandamız müsabiqədə 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, bu ilin iyul ayında Sietlda (ABŞ) müsabiqənin final mərhələsi keçiriləcək. 

Komandanın tərkibinə daxil olan Kərim Kərimov, Lalə Məmmədova, Şamil Ömərov (hər üçü Bakı Ali Neft Məktəbinin tələbəsi) və Səbuhi Talıbov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi) Windows Azure üzərində Jabda adlı əlavə hazırlayıblar ki, bu həll vasitəsi ilə istifadəçilər kafe və restoranlarda xoşladığı musiqini seçə biləcəklər.

Belə ki, istənilən musiqi janrın seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşəcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə