Komitənin rəsmi saytı yeniləndi

11-01-2018 / 16:14

Əmlak Məsələləri Dövlət Komitəsinin  elektron xidmətlər portalının (e-emdk.gov.az) dizaynı və funksionallığı daha da təkmilləşdirilib.

Xeberler.az-ın məlumatına görə, portaldan istifadənin operativliyi artırılıb, rahatlığı təmin edilib, xidmətlərdən istifadə üsulları daha da sadələşdirilib.

Məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, müasir yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Eyni zamanda əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərin daha müasir və effektiv üsullarla elektron müstəviyə keçidinin tam təmin olunması da əsas vəzifələrdəndir.

Vətəndaş məmnunluğunu ön planda saxlayan Komitə əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayına görə seçilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 37 elektron, o cümlədən 3 onlayn və 3 SMS xidmət vətəndaşların istifadəsindədir.

Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi elektron xidmətlər daşınmaz əmlak idarəçiliyinin müxtəlif seqmentlərini əhatə edir. Belə ki, elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.