Kommunal qurumlarla müqavilələr blockchain üzərindən bağlanacaq

13-06-2019 / 15:04

Azərbaycanda kommunal qurumlarla vətəndaşlar arasında bağlanan müqavilələr “blockchain” texnologiyası üzərindən həyata keçiriləcək. 

Xeberler.az xəbər bildirir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.

Onun sözlərinə görə, layihə Ədliyyə Nazirliyi tərəfindən “Asan xidmət”lə birgə icra edilir. 

“Hazırda layihənin icrası ilə bağlı nazirlik tərəfindən hazırlıq işləri aparılır. Söhbət kommunal sahədə SMART-kontraktların tətbiqindən gedir. Layihənin geniş təqdimatı gözlənilir”, - deyə O. Gündüz qeyd edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.