Kompüter oyunları sərgisi açılıb

17-09-2015 / 22:37

Bu gün Yaponiyanın Çiba prefekturasında nəhəng Tokyo Game Show kompüter oyunları sərgisi açılıb. Budəfəki sərgidə Yaponiyadan və dünyanın müxtəlif ölkələrindən 480 iştirakçı şirkət məhsullarını nümayiş etdirir.

Xeberler.az-ın məlumatına əsasən, bu ildə təqdim edilən sərgi əvvəlkilərdən iştirakçılara öz təcrübələrini başqaları ilə bölüşmək imkanı yaratması ilə fərqlənir.

Bu cür xidmət oyunçulara oyun prosesini internetə və ya videoçarxa köçürməyə imkan yaradır.

Tanınmış YouTube və Amazon şirkətləri ilk dəfə bu sərgidə iştirak edirlər. Onlar da iştirakçılara müxtəlif oyun xidmətləri təklif edirlər.

Xatırladaq ki, Amazon şirkəti hələ ötən il internetdə videoçarxlar təklif edən şirkəti satın almışdı. Sərgi dörd gün davam edəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.