Kompüter oyunları üçün ən güclü prosessor

26-09-2017 / 14:25

Intel şirkəti kompüterlər üçün nəzərdə tutulmuş 8-ci nəsil yeni Core prosessorlarını təqdim edib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, ən məhsuldar modellərdən biri və ən güclü oyun çipi adlandırılan Intel Core i7-8700K prosessoru 6 nüvə və 12 hesablama axınına malikdir.

Intel şirkətinin baş meneceri Anand Şrivas bildirib ki, 5 oktyabr tarixindən etibarən yeni məhsulları sifariş etmək mümkündür.

Şirkət ümumilikdə 6 yeni çip təqdim edib. Masaüstü istehsal xəttinə 4 ədəd 6 nüvəli və 2 ədəd 4 nüvəli prosessor daxil edilib: Core i7-8700K ($359) və Core i7-8700 ($303), i5-8600K ($257 ilə) və i5-8400 ($182), Core i3-8350K ($168) və Core i3-8100 ($117).

Təqdim edilmiş bütün yeni prosessorlar Intel Optane sürət yaddaşını dəstəkləyir, LGA 1151 soketi və Intel Z370 çipsetindən istifadə edir. Prosessorlar 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə istehsal ediləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə