Kompüter təhlükəsizliyi ilə bağlı sorğuların sayı azalıb

28-07-2015 / 10:50

2015-ci ilin iyununda Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturlarının sorğularının sayı 119 olub.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatında deyilir.

Ötən ilin may ayı ilə müqayisədə sorğuların sayı 7,7 faiz azalıb. İyun ayında sorğuların ümumi sayından 82,3 faizinə baxılıb və təmin edilib.

2015-ci ilin I rübünün yekunlarına əsasən, kompüter təhlükəsizliyi ilə bağlı sorğuların ümumi sayı 875 təşkil edib. 6 ay ərzində sorğuların ümumi sayından 87 faizinə baxılıb və təmin edilib.

Hesabat dövründə informasiya təhlükəsizliyi üzrə keçirilən audit əsasında 137 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib.

CERT-in məlumatına əsasən, 2015-ci il yanvar-iyun aylarının nəticələrinə görə, Azərbaycanın internet seqmentində 5 yeni domen və 18 subdomen yaradılıb. Subdomenlər dövlət təşkilatları tərəfindən öz bölmələri və ya qurumları ilə bağlı olan servislər üçün unikal sayt adlarının yaradılmasında istifadə olunur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə