Kompüter viruslarının sayı 200 dəfə artıb

19-04-2017 / 15:48

Son on ildə internetdə zərərli proqram təminatının sayı 208,3 dəfə artıb.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətin istinadən məlumat verir ki, bu barədə xüsusi konfransda Kasperski laboratoriyası şirkətinin Rusiya və MDB ölkələri üzrə idarəedici direktoru Sergey Zemkov bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin antivirus laboratoriyası hər gün 300 min yeni zərərli proqram təminatı obyekti qeydə alır.

Mütəxəssis, həmçinin əlavə edib ki, bu tendensiya XXI əsrdə kibertəhdidlər probleminin getdikcə daha təhlükəli olmasından xəbər verir, çünki hazırda internetdə adi alış-verişdən tutmuş, beynəlxalq əhəmiyyətli məxfi materiallaradək çoxlu müxtəlif əməliyyatlar həyata keçirilir.

1997-ci ildə saatda 1 virus aşkar edən laboratoriya mütəxəssisləri on il sonra - 2007-ci ildə bu göstərici artıq dəqiqədə 1 virusa bərabər olub. Bu gün bu rəqəmdə xeyli artım müşahidə olunur və mütəxəssislər onun qarşısını almağa çalışırlar.  

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.