Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

18-02-2016 / 15:46

Populyar şəkil və video paylaşma tətbiqi olan Instagram-ın mobil tətbiqlərindən əlavə veb versiyası da mövcuddur.  Əslində  Instagram-ın veb versiyası ilə şəkil və ya video əlavə  etmək mümkün deyil. Lakin Gramblr proqramı ilə bu istəyinizi həyata keçirə bilərsiniz. 

Xeberler.az bu dəfə kompüterdə olan şəkilləri Instagram-a yükləməyin yolunu təqdim edir.

Əgər  kompüterinizdə olan şəkilləri telefonunuza köçürmədən Instagram-a əlavə etmək istəsəniz, Gramblr proqramını kompüterinizə yükləməlisiniz.

Gramblr proqramını kompüterinizə yüklədikdən sonra program sizdən Instagram hesabınıza daxil olmanızı istəyəcək. Daha sonra yükləmək istədiyiniz şəkli proqramda göstərilən sahəyə  yerləşdirmək lazımdır. Şəkli paylaşmamışdan əvvəl isə müxtəlif effektlər seçə bilərsiniz.

Qeyd edək ki, bu proqramın köməyi ilə siz şəkilə başlıq, həştəq  də əlavə edib gələcəkdə başqa bir tarixə paylaşmağa uyğunlaşdıra bilərsiniz. 

Windows XP, Vista, 7, 8, 8.1, 10 ve Mac OSX əməliyyat sistemlərini dəstəkləyən proqramı buradan yükləyə bilərsiniz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.