Kompüteri kənar müdaxilələrdən qoruyan yeni xidmət-Video

04-05-2016 / 15:52

Məlumat verdiyimiz kimi, hər zaman informasiya təhlükəsizliyi sahəsindəki xidmətləri ilə qarşınıza çıxan Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT)  bu dəfə də daha fərqli bir layihə üzərində işləyir.

Belə ki, Multi-funksional Analiz Proqramı Azərbaycanda bu sahədə bir ilk proqram təminatı olaraq virus aşkarlama motoru, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama, məlumatlandırma modulu və bir sıra bu kimi funksionallıqlarla fəaliyyət göstərəcək.

Cert.gov.az-ın Malware Laboratoriyasının Multi-funksional Analiz Proqramı  yaxın zamanda istifadəyə veriləcək.

 Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Qeyd edilib ki, hazırda funksionalda və interfeysdə bir sıra yoxlama və test əməliyyatları, o cümlədən proqramın Beynəlxalq Şirkətlərin birində rəsmi verifikasiyası məsələləri üzərində işlər davam edir.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə