Kompüterinizi Firefox söndürsün

07-10-2009 / 20:44

Firefox  tez-tez etdiyi yeniliklərilə istifadəçiləri özünə bağlamaq istəyir. İndi də Auto Shutdown ilə Firefox üzərindən kompüterinizi avtomatik bağlamaq imkanı təqdim edilir. Firefox əlavəsinin köməyi ilə nəinki kompüteri bağlamaq, kompüteri yuxuya qoymaq, istəsəniz istifadəçini dəyişdirmək də mümkündür.

Hazırda xüsusi fayl endirmə proqramlarının köməyi ilə faylı endirmə tamamlanandan sonra kompüteri bağlamaq olur. Getright və oxşar  fayl endirmə idarəçilərindən başqa, uTorrent kimi P2P proqramları  artıq bu xüsusiyyəti dəstəkləyir.

İndi isə sənədləri, faylları brauzer üzərindən yükləmək istəyənlər yalnız Firefox-un köməyi ilə bunu edəcəklər. Əlavə proqrama ehtiyac yoxdur.

Firefox üçün Auto Shutdown əlavəsini buradan yükləyə bilərsiz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə