Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018 / 10:11

Dünya kompüterlər bazarında yenidən azalma müşahidə olunur.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, “International Data Corporation” (IDC) şirkəti analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ilin üçüncü rübündə fərdi kompüter, noutbuk və işçi stansiyalarının qlobal tədarükü 67,4 milyon ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azdır. Halbuki ekspertlər tərəfindən azalmanın 3 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb.

Tədqiqatda qeyd olunur ki, kompüter sahəsi 2017-ci ildən stabilləşməyə başlayıb. Bu ilin ikinci rübündə hətta cüzi - 2,7 faiz artım qeydə alınıb. Buna əsas töhfəni inkişaf etmiş ölkələr verdiyi halda inkişaf etməkdə olan ölkələrin bazarlarında kompüter texnikasına tələbatı azaldan valyuta məzənnələrinin dəyişməsi və siyasi-iqtisadi amillərlə əlaqədar müəyyən maneələr mövcuddur.  

Dünya fərdi kompüterlər bazarında ən böyük istehsalçı cari ilin üçüncü rübündə payı 24 faizə çatan “Lenovo” olub. Şirkətin bir il əvvəl pay göstəricisi 22,5 faiz təşkil edib. Çin istehsalçısı avadanlığın tədarükünü 5,8 faiz artırıb. Ondan sonrakı pillədə qərarlaşan “HP Inc.” şirkəti 0,3 faizlik artım nümayiş etdirib və illik hesablamada bazar payını artıraraq 22,8 faizə çatdırıb. İstehsalçının kompüter satışında isə artıq ardıcıl onuncu rübdür artım qeydə alınır.

Liderlər üçlüyünü 17 faiz payla “Dell” tamamlayıb. Şirkət kompüter tədarükünü 5,8 faiz artırıb. Dördüncü yeri tutan “Acer” fərdi kompüterlərin satışını 8,5 faiz çoxaldıb. “Apple” kompüterlərinin satışı isə azalıb.   

Analitiklər diqqəti “Lenovo” şirkətinin mövqeyini “Fujitsu” ilə yaradılan birgə müəssisə hesabına möhkəmlətməsinə yönəldirlər. Bundan başqa, tərəfdaşlıq strategiyasının yenilənməsi və daha stabil idarəetmə sayəsində “Lenovo” Şimali Amerikada göstəriciləri yaxşılaşdıra bilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.