Kompüterlərdə WhatsApp-dan istifadə asanlaşdı

11-05-2016 / 11:02

Məlum olduğu kimi, WhatsApp kompüterlər üçün yeni  tətbiq üzərində işləyirdi.

Belə ki, WhatsApp bu tətbiqlə  kompüterlərdə istifadəçilərin platformadan tam funksional  istifadəsini təmin  etməyi hədəfləyirdi.

 Artıq yeni tətbiq istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, bunu şirkət öz rəsmi bloqundan elan edib.

Qeyd edilib ki, WhatsApp-ın  hazırladığı yeni tətbiq Mac OS 10.9+ yuxarı versiyalarda və Windows 8-də istifadə edilə bilər.

Bununla da web.whatsapp.com ünvanına daxil olaraq  QR kodu skan edib profilinizi açmağa ehtiyac qalmayacaq.  

Tətbiqlə kompüterlərdə platformadan daha rahat istifadə edə biləcəksiniz.

WhatsApp-ın kompüterlər üçün hazırladığı tətbiqi buradan yükləyə bilərsiniz. 

Ağasəf Haqverdiyev 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə