Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015 / 18:32

Bu yaxınlarda masaüstü fərdi kompüter (FK) və noutbuklarda 3D kameraların əlçatan olması və Cortana səsli köməkçisinə malik Windows 10 əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsi ilə əlaqədar kompüterlərin jestlərin və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək.

“Gartner” tədqiqat şirkətinin ekspertlərinin proqnozuna görə, 2019-cu ilədək dünyada istifadə olunan kompüterlərin 60 faizdən çoxu Windows 10 əməliyyat sistemi ilə işləyəcək.

Şirkətin analitiki Lilian Teyin sözlərinə görə, Windows 10 istifadəçilərinin ən azı 50 faizi kompüterlərini jestlərin və ya səsin köməyi ilə idarə edir.

Bu funksiya dünya kompüter parkının 33 faizində tətbiq ediləcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.