KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018 / 14:24

Kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb.

Xeberler.az  məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik-informasiya departamentinin analitiki Nərmin Kazımlı Azıərtac-a bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" Fərmanına və təyin olunan prioritetlərə uyğun olaraq zəruri sənədlərin alınmasında "Bir pəncərə" sisteminin tətbiq edilməsi və subyektlər arasında qarşılıqlı fəaliyyətin optimallaşdırılması məqsədilə müəyyən tələblər formalaşdırılıb. Belə ki, artıq sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB) və "ASAN Kommunal" mərkəzlərində edilməsi imkanı yaradılır.

N.Kazımlı qeyd edib ki, tikinti obyekti üçün tikintiyə icazə icraatı prosesində texniki şərtlər tikintiyə icazə verən orqana müraciət əsasında müəyyən tələblər üzrə veriləcək. Başqa sözlə, texniki şərtlər qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma, eləcə də qoşulma nöqtələrinin dəyişdirilməsi üzrə ödənişsiz veriləcək. Qoşulma və buraxılış həcmlərinin dəyişdirilməsi ilə bağlı vahid haqlar Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Onu da qeyd etmək lazımdır ki, kommunal sistemlərə qoşulma sahibkarın müraciətindən sonra 20 gün ərzində təmin edilir. Nəticə etibarilə kommunal xidmətlərin təmin edilməsi istiqamətində sahibkarların bir platformadan müraciət edərək lazımi sənədləri təqdim etməsi imkanının yaradılması, vahid dövlət rüsumunun müəyyənləşdirilməsi və qısa müddət ərzində fiziki qoşulmanın təmin edilməsi Azərbaycanın "Doing Business" və digər beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə də təsir edəcəyi gözlənilir.

"Fərmana əsasən "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" üzrə nəzərdə tutulan tədbirlərin icra edilməsini təmin etmək məqsədilə qəbul edilən yeni qanun KOS-un dinamik inkişafı üçün əlverişli mühitin formalaşdırılması, kommunal xidmətlərə qoşulma üzrə səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədilə rahat və qısa zaman ərzində qoşulmanın həyata keçirilməsinə şərait yaradacaq", - deyə İİTKM-in analitiki diqqətə çatdırıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.