Kosmosda növbəti selfie

19-08-2015 / 13:00

Rusiyanın pilot-kosmonavtı, Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvü Gennadi Padalka kosmosa 10-cu çıxışı zamanı selfie çəkib. 

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şəkil Roskosmos Federal Kosmik Agentliyinin rəsmi Twitter səhifəsində dərc olunub.

Şərhlərdə Gennadi Padalka bildirib ki, şəkil avqustun 10-da çəkilib.

Xatırladaq ki, Gennadi Padalka kosmosda qalma müddətinə görə rekorda imza atıb. 57 yaşlı kosmonavt ümumilikdə orbitdə 828 gün qalıb.

Bu açıq kosmosda çəkilən yeganə selfie deyil. 2014-cü ildə amerikalı astronavt Stiven Suonson da özünün Instаgram səhifəsində avtoportretini yerləşdirmişdi.

Dünyada ilk kosmik selfienin müəllifi isə amerikalı kosmonavt Bazz Oldrindir. 1966-cı ildə kosmosa çıxışı zamanı pilot kamera vasitəsilə Yerin fonunda şəkil çəkdirmişdi.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə