“Kripto pullar hər an sıfırlana bilər”

19-02-2018 / 17:18

Dünyanın ən populyar kriptovalyutalarından olan Ethereum-in (ETH) yaradıcısı Vitalik Buterin bu texnologiyanın gələcəyi ilə bağlı maraqlı açıqlama verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Buterin kripto pullarının dəyərlərinin hər an sıfırlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ethereum-un təsisçisi kripto pulların yığılan sərmayələri investisiya etmək üçün yaxşı vasitə olmadığını deyib.

O, kiçik əmanətlərini qiymətləndirmək istəyən investorlara aşağı riskli investisiya qoymağı məsləhət bilib.

Təsisçisi deyib ki, istifadəçilər Twitter-də gördükləri kripto pul təkliflərinə etibar etməməlidir.

Kriptovalyutalarının ortaya çıxan yeni bir varlı sinif olduğunu vurğulayan Buterin bu dəyərlərin hər an sıfırlana biləcəyəni diqqətə çatdırıb.

Vitalik Buterin deyib ki, itirməyi gözə almadığınız yatırımlar etməyin.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.