Kriptovalyuta ilə maraqlananların nəzərinə

28-06-2017 / 14:22

Məlum olduğu kimi, son dövrlərdə kriptovalyuta (rəqəmsal valyuta) virtual ödəniş şəbəkəsinin populyarlığı sürətlə artmaqdadır. 

Xeberler.az olaraq bu sahəni də daim diqqətdə saxlayır, oxuculara məlumat təqdim edirik.

Azərbaycanda da bu sahəyə artıq ciddi maraq yaranıb. Sosial mediada müxtəlif sektordan olan şəxslərin mövzu ilə bağlı paylaşımları, müzakirləri diqqət çəkir.Yeni texnologiyanın ölkəmizdə də populyarlaşması üçün müxtəlif işlər görülür.

Azərbaycanda yeni kriptovalyuta və blokçeyin texnologiyaları barədə ətrafıı məlumat vermək üçün “Kriptovalyuta və Blokçeyn - gələcəyin pulları!” adlı təlim keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, təlim marketoloq, biznes təlimçi, daha öncə bank sektorunda çalışmış, kriptovalyuta və blokeçeyn araşdırmaçısı Sənan Həsənovun təqdimatında baş tutacaq. Təlimdə kriptovalyuta, coin-lər barədə geniş təqdimat olacaq.

Təlimin mövzuları aşağdakılardır:

- Kriptovalyuta nədir?
-Nə zaman və necə yaranıb?
- Yaranma zərurəti nə olub?
- Kriptovalyutanı necə əldə etmək olar və haradan?
- Blokçeyn nədir?
- Kriptovalyuta və blokçeyn əlaqəsi nədir?

Qeyd edək ki, təlimdə hər kəs iştirak edə bilər. Təlim iyunun 29-da, saat  18.30-da Fabrica Coworking mərkəzində keçiriləcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə