Kriptovalyuta milyarderləri-Siyahı

08-02-2018 / 22:22

Forbes ilk dəfə olaraq kriptovalyuta sahəsində zəngin olan insanların siyahısını hazırlayıb.

Xeberler.az məlumat verir ki, siyahıda ümumilikdə 19 nəfər var. Ona Kris Larsen başçılıq edib. Larsen ödəniş sistemi üçün kriptovalyuta platforması olan Ripplenin həmtəsisçisidir.

Forbes onun sərvətinin 7,5-8 milyard dollar olduğunu qeyd edib.

Siyahıda dünyanın ilk kriptovalyuta milyarderləri hesab edilən Tayler və Kemeron Uinklvoss qardaşları da var. Qardaşlar Mark Zuckerberg Facebook ideyasını onlardan oğurladığını iddia edərək 2008-ci ildə məhkəmə çəkişməsinə girmişdilər. Onların sərvəti isə 900 milyon-1,1 milyard dollar təşkil edir.

Yeni milyonçular arasında Kanadada yaşayan əslən rusiyalı, 24 yaşlı Vitalik  Buterin də var. Buterin Bitkoindən sonra ikinci ən məşhur Ethereum kriptovalyutasının yaradıcısıdır. Onun sərvəti isə 400-500 milyon dollar olaraq dəyərləndirilir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə