Kriptovalyuta Rusiyada qanuniləşə bilər

08-05-2017 / 16:10

Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi 2019-cu ilə qədər Kriptovalyuta (rəqəmsal valyuta) ilə bağlı bütün fəaliyyətləri qanuniləşdirə bilər.

Xeberler.az TACC-a istinadən məlumat verir ki, bu barədə nazirliyin hazırladığı  “Rusiya Federasiyasının Rəqəmsal İqtisadiyyatı” adlı proqramda qeyd edilib.

Bildirilir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bu layihəni "Digital Economy"də dəyişiklik edilməsi üçün İqtisadi İnkişaf Nazirliyi və Rabitə Nazirliyinə həvalə edib.

Tapşırıqda qeyd edilib ki, adı çəkilən qurumlar məsələni araşdırmalı, blokcheyn texnologiyaların Rusiyanın dövlət idarəçiliyi və iqtisadi idarəetməsində istifadə imkanlarını nəzərdən keçirməlidilər.

O da qeyd edilib ki, bu müddətdə blokçeyn-dən istifadə olunaraq hazırlanan valyutalar bazara daxil olacaq. Amma bu texnologiyaların özünü tənzimləməsi nəzərdə tutulmayıb.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.