Kriptovalyutalar üzrə kurslar təklif edilir

31-08-2015 / 15:22

ABŞ-ın kollec və universitetləri tələbələrə kriptotexnologiyalar, o cümlədən Bitcoin rəqəmli valyutası haqqında kurslar tədris etməyə başlayıb.

Xəbərlər-in RYTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Nyu-York Universiteti “Bitcoin və digər valyutalarda qanun və biznes” adlı kurslar təşkil edib.

"Dyuk Universiteti İnnovasiyalar və kriptoavantürizm “ mövzusunda mühazirələr kursu təqdim edib. Kurs diqqəti Blockchain pul kisəsindən istifadə edən müəssisələrin potensialının öyrənilməsinə yönəldib.

Prinston Universiteti də Bitcoin və kriptotexnologiyalar üzrə onlayn tədris proqramı təklif edir. Tələbələrə artıq yazda belə kurslar keçirilib və payızda onlar yenidən məşğələlərə başlaya biləcəklər.

Stenford Universitetinin Mühəndis Məktəbi Kriptovalyutalar: "Bitcoin və dostlar” adlı rəqəmli valyutalar haqqında mühazirələr təqdim edəcək. Kurs sentyabrın 21-dən dekabrın 9-dək davam edəcək.

Maunt-Hud Kolleci tədris planına ilk dəfə olaraq kriptovalyutaları tətbiq edib.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə