Kriptovalyutaların yarısı uğursuz oldu-Araşdırma

26-02-2018 / 15:01

Ötən il elm dünyası bəlkə də yüz ilin ən vacib rəqəmsal ixtirası ilə tanışdı: Blok Zinciri.

Belə ki, böyük dünyanın çox kiçik bir hissəsi olan kripto pullar, Bitcoin-in yüksəlişi ilə ötən il gündəmdən düşmədi. Lakin çox sayda kripovalyuta yaradılsa da, bunların yarısı uğursuz oldu.

2017-ci ilin sentyabr və oktyabr aylarında birdən-birə yüksələn Bitcoin hər kəsin gündəmindədir. İnsanlar çox kiçik investisiyalar ilə milyoner olanların hekayələri ilə maraqlanır.

Bitcoin.com Tokendata verilənlər bazasına daxil olmağı bacaran və 2017-ci ildə çıxan 902 kripto pulla əlaqədar araşdırma edib.

Xeberler.az araşdırmaya istinadən bildirir ki, bu valyutaların 46 faizi bazara çıxdıqdan qısa müddət sonra yoxa çıxaraq dəyərini itirib və investisiya edə bilməyib.

Elektron pulların 142-si isə kifayət qədər vəsait toplaya bilməyib, 276-sı isə yavaş-yavaş ortadan itib və insanları aldadıb. 113 kriptovalyutanın sosial media hesablarında durğunluq küləyi əsir.

Onu da vurğulayaq ki, kripto pullar bazarı 2018-ci ilin əvvəlindən daha da aktivləşməyə başlayıb. Demək olar ki, hər gün yeni bir kriptovalyuta layihəsi ortaya çıxır.

Qeyd edək ki, ölkəmizdə bu sahəyə ciddi maraq müşahidə edilir.

Artıq bununla bağlı dövlət səviyyəsində də addım atılır. Belə ki, Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır. Həmçinin, “Kriptovalyuta ticarətinin tənzimlənməsi” qanun layihəsinin hazırlanması üçün işlək qrup da yaradılıb.

Günel 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.