Kubada Wi-Fi ilə təchiz edilən 35 mərkəz açılıb

04-07-2015 / 12:39

Kubada simsiz İnternetdən istifadənin mümkün olduğu 35 mərkəz istifadəyə verilib.

Xəbərlər-in verdiyi məlumata görə, hər belə mərkəz eyni anda 100 istifadəçinin İnternetə qoşulmasını təmin edir.

Əvvəllər ölkədə İnternetdən istifadə yalnız dövlət İnternet salonlarında və bahalı hotellərdə mümkün olub və bu imkandan əsasən əcnəbilər və yüksəkvəzifəli məmurlar yararlanıb.

2013-cü ildə vəziyyətin dəyişməsindən sonra ölkədə 118 İnternet kafe açılıb. Hazırda isə kubalılar Wi-Fi texnologiyasından istifadə etmək imkanı əldə ediblər.

Kuba hökuməti həmçinin internet tariflərinin azaldılması ilə bağlı qərar verib. Əvvəllər 1 saatlıq internet kubalılara 4,5 dollara başa gəlirdisə, indi bu rəqəm 2 dollar təşkil edir. Lakin Kuba əhalisinin aylıq məvacibinin orta hesabla 20 dollar olmasını nəzərə alsaq, bu qiymət də baha görünür.

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə