Kultaz.Com-un milli domen zonasında fəaliyyəti planlaşdırılır

23-06-2010 / 07:50

Kultaz.com mədəniyyət portalı fəaliyyətini bərpa edib. Bu barədə Qaynar.info-ya Portalın yaradıcısı və rəhbəri Zahir Əzəmət deyib. Bəzi texniki problem üzündən saytın fəaliyyətində  iyunun 5-dən etibarən fasilə yaranmışdı.Həftə sonu isə sayt yenidən əvvəlki rejimlə işləməyə başlayıb.

Saytın bağlanma səbəbinə gəldikdə isə, Zahir Əzəmət bunları deyib: "Bizim portalın domeni xaricdə yaşayan bir həmyerlimizin adınadır. Portal yaradılarkən domeynin 3 illik pulu ödənib. Adətən domenin istifadə müddəti bitməyə yaxın bununla bağlı onun sahibinə xəbərdarlıq gəlir. Bizim xeyli vaxtdır əlaqəmiz itmişdi və buna görə iyunun əvvəlində domeynin 3 illik istifadə müddəti bitəndə burada - Azərbaycanda xəbərdarlıqdan xəbərimiz olmayıb. İndi həmyerlimizlə əlaqəni bərpa etmişik və domeynin istifadə müddəti uzadılıb".

Bundan başqa Z.Əzəmət deyib ki, bir müddət sonra - portalın işini dayandırmadan - milli domenə keçməyi də planlaşdırırlar. // xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə