Kumok Park Yüksək Texnologiyalar Parkını ziyarət edib

08-08-2018 / 17:54

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə direktoru Kumok Park Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını ziyarət edib.

Xeberler.az bildirir ki, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti haqqında ətraflı məlumat verərək gələcək planlardan danışıb.

T.Kərimli ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edərək bildirib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri Yüksək Texnologiyalar Parkının rezidentləri ola bilər. O, parkın rezidentləri üçün sərfəli güzəştlər və münbit şəraitin yaradıldığını qeyd edib.

Kumok Park isə öz növbəsində bildirib ki, YTP ilə strateji əməkdaşlıq imkanları mövcuddur. O, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməkdə dəstəkləməyə hazır olduğunu vurğulayıb. 

Qeyd edək ki, eyni zamanda görüşdə KOICA təlim və proqramları haqqında ətraflı məlumat verilib. Gələcəkdə KOICA və YTP arasında əməkdaşlığa dair memorandumun imzalanması məsələsi müzakirə edilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.