Kür kompüter zavodu avtomobillər üçün kompüter istehsal edəcək

27-09-2008 / 00:24

Elektron avadanlıqların istehsalı ilə məşğul olan Kür zavodu bu ilin sonunadək avtomobillər üçün AutoPC-  kompüterləri istehsal etməyi planlaşdırır. Turan agentliyinin verdiyi məlumata görə bu kompüterlər zavodda 12 vatt gərginliyi ilə işləyəcəklər.
Texniki xüsusiyyətləri: HDD- 250 GB, RAM – 1 GB , VGA (videokart) -128 MB , Monitor – 7 düyüm. Kompüterin parametrləri  5 min MP3 və 40 film yükləməyə imkan verir. O həm də oyunlar üçün zəruri olan xüsusi qurğu ilə təchiz edilmişdir.
Zavodda qeyd edilmişdir ki, AutoPC-nin dəyəri 600 manat təşkil edir. Kür zavodundan bildirilib ki , “Hal hazırda marketinq araşdırmaları aparılır və bu kompüterə dair sifarişlər qəbul olunur.”

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.