Layihəmiz beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

17-04-2018 / 18:07

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinin qaliblərindən olan Wake Me Up layihəsi İsveçrənin Lozanna şəhərində keçirilən Seedstars Summit adlı beynəlxalq müsabiqədə iştirak edərək finala vəsiqə qazanıb.

Bu barədə Xeberler.az-Nazirlikdən məlumat verilib.

Bu il baş tutan müsabiqədə Asiya, Afrika və Avropadan 75-dən çox ölkə iştirak edib.

Kifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

Wake Me Up layihəsi - xüsusi hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını almaq üçün hazırlanan texnologiyadır.

Layihənin işlək prototipinin hazırlanması üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 5-ci qrant müsabiqəsi çərçivəsində adıçəkilən layihəyə 11.000 AZN qrant vəsaiti ayrılıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə