Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

27-11-2017 / 14:59

Məlumat verdiyimiz kimi, bu il Qlobal Sahibkarlıq Sammiti noyabrın 28-30 tarixlərində Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə Hindistanda baş tutacaq.

Sammit Hindistanın Heydərabad şəhərində keçiriləcək. 

Qeyd etdiyimiz kimi,  bu il ölkəmizi sammitdə Gənclik İstək liseyinin 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova təmsil edir.

Reyhan Camalova tədbirə öz “Rainergy” startapı ilə qatılır.  

Xeberler.az bildirir ki, o, dünən artıq Hindistana yola düşüb.

Onu da qeyd edək ki, Sammit çərçivəsində startaplar üçün GİST müsabiqəsi də təşkil edilir. Həmyerlimizin layihəsi də müsabiqənin yarımfinal mərhələsinə keçə bilib.

Reyhan Camalov sammitdə ekspertlər və investorlar qarşısında təqdimat etmək imkanı qazanıb. Layihələr 400 min dollar qazanmaq uğrunda yarışacaq.

 

 Xeberler.az

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə