Lənkəran Dövlət Universitetində Beynəlxalq Onlayn Konfrans keçirilib

06-04-2019 / 11:24

Lənkəran Dövlət Universitetində (LDU) Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutu ilə birgə “Məktəb və pedaqoji təhsilin ayrı-ayrı mərhələrində linqvistikanın və xarici dilin tədrisinin aktual problemləri” mövsunda Birinci Beynəlxalq Onlayn Konfransı keçirilib.

Konfransda hər iki ali təhsil müəssisəsinin tələbələri, magistrantları, aspirant və doktorantları iştirak ediblər.

Xeberler.az  bildirir ki, konfransın açılış mərasimində Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutunun direktoru professor Sergey Alekseyeviç Zasorinin və Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun iştirakçılara təbrik məktubları oxunub.

Təbrik məktublarında Birinci Beynəlxalq Onlayn Konfransın hər iki ali məktəb üçün səmərəli olduğu vurğulanıb və bu cür tədbirlərin gələcəkdə daha geniş formada keçirilməsinin vacibliyi qeyd edilib.

Konfransda Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutu tərəfindən professor Zinaida Nikitenko, Lənkəran Dövlət Universiteti tərəfindən sosial məsələlər üzrə prorektor, dosent Kamran Kazımov idarə ediblər.

Onlayn konfransda hərəyə səkkiz olmaqla, ümumilikdə on altı məruzə dinlənilib və müzakirələr aparılıb.

Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutunun direktoru professor Sergey Alekseyeviç Zasorin və LDU-nun dosenti Kamran Kazımov konfransın yekununda tədbirin işgüzarlıq şəraitində keçdiyini, dinlənilən məruzələrin aktuallığını və belə tədbirlərin elmin inkişafına, qarşılıqlı əlaqələrin təkmilləşməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Gələcəkdə elmi əlaqələrin və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.