Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019 / 12:37

24-25 may tarixdə Lənkəran Dövlət Universitetində "Startap Günləri" keçiriləcək.

Xeberler.az bildirir ki, regionda olan digər tələbə və gənclər də tədbirlərə qatıla, təlimlərdə iştirak edə bilərlər. Seçilmiş biznes ideyalar ətrafında formalaşan Startap Komandaların tərkibində yalnız LDU tələbələri təmsil olunacaqlar.

"Startap günləri”ndə tələbələr innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda həmin layihələrin təqdimatları və müsabiqəsi təşkil olunacaq. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin dəstəyi ilə Startap Azərbaycan-ın  təşkilatçılığı ilə keçirilib. Layihəyə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti dəstək verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə