Lent.az mükafat aldı

22-12-2010 / 07:43

Dekabrın 21-də “Land Mark” Biznes Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2010-cu ilin uğurlu keçdiyini bildirib. O, həm gənclər sahəsində, həm də idman yarışlarında çoxsaylı uğur və nailiyyətlərin əldə edildiyini bildirib.

Azad Rəhimov həmçinin qeyd edib ki, 2010-cu il ərzində 100 mindən çox gənc mədəni-kütləvi tədbirlərdə iştirak edib. O, bu il ərzində 200 gənclər təşkilatının qeydiyyatdan keçdiyini də vurğulayıb. A.Rəhimovun sözlərinə görə başa çatmaqda olan il ərzində gənclər təşkilatlarının həyata keçirdiyi 40-dan çox layihəyə 1 milyon manatdan artıq vəsait ayrılıb. İdman sahəsinə gəlincə A.Rəhimov Sinqapurda keçirilən Yeniyetmələrin Birinci Olimpiya oyunlarının ölkəmiz üçün uğurlu keçdiyini dedi. O, komandamızın 205 ölkə arasında 11-ci yer tutmasının xüsusi vurğulayıb. Eyni zamanda nazir bildirib ki, hazırda ölkə ərazisində 28 olimpiya kompleksi fəaliyyət göstərir və növbəti ildə onların sırasına daha 6 kompleks əlavə olunacaq. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova il ərzində keçirilən tədbirlərdən və əldə olunan nailiyyətlərdən danışıb.

Tədbirin sonunda gənclər və idman sahəsində göstərdikləri xidmətlərə və oynadıqları rola görə bir sıra qurumlar və şəxslər mükafatlandırılıb. Mükafat alan qurumlar arasında Lent.az İnformasiya Agentliyi də var. Tanınmış şəxslərə gəlincə AFFA-nın baş katibi Elxan Məmmədov və boks yığmamızın keçmiş baş məşqçisi Məmməd Eyvazov da təltif olunanlar arasında yer aldı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə