Lexar fotoqraflar üçün sürətli CompactFlash kartlar satışa çıxarır

05-11-2009 / 12:32

SanDisk-dən sonra Lexar firması  da sürətli CompactFlash kartlarını təqdim etdi. “Professional 600x”  ardıcıllığına aid üç yeni modelin minimum yazma  sürəti 90 mb/s –dir (sürət: 600x). Ortalama oxuma sürəti isə 80 mb/s-dir (sürət: 533x).

Xüsusilə peşəkar fotoqraflar bu sürətdən faydalana biləcəklər. Kamera fotoşəkil silsilələrini sürətli yazarkən, ön kart  daha tez boşalmış olacaq və daha uzun şəkil silsilələri üçün yer təmin ediləcək. Sürətli fayl köçürmə  sürətini tutmaq üçün yazan və ya oxuyan cihazın UMDA-6 dəstəyi təqdim etməsi lazımdır.

Lexar yeni yaddaş kartları üçün 10 illik məhdud zəmanət təqdim edir. Bundan əlavə kartı satın alanlar Image Rescue 4 proqramını internetdən ödənişsiz olaraq endirə biləcəklər.

Lexar CompactFlash kartlarını genişlətmək məqsədiylə uyğun bir oxuma cihazı da təqdim edir. Cihazın oxuma/yazma sürəti 133 MB/s-yə qədər çıxır. 8 GB yığma təqdim edən modelin qiyməti 180 Avro, 16 GB-lıq kartın qiyməti isə 270 Avrodur. Üst sərhədi təmsil edən 32 GB-lıq  kartın qiyməti isə 490 Avroyadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə