LG-dən proqramlar mağazası

03-07-2010 / 03:56

Xeberler.az cnews.ru saytına istinadən xəbər verir ki, LG şirkəti eyniadlı ticarət nişanı altında smartfon və kommunikatorlar üçün proqram təminatının yayılması və yüklənilməsi üzrə portal yaradıb. Yeni əlavələr saytının doldurulmasında əsas üstünlük hələ ki Windows Mobile bazasında olan proqramlara verilir, Google Android üçün müvafiq əlavələrin isə ilin sonuna kimi burada yer alacağı gözlənilir.

Hazırda LG Application Store internet mağazasında 3 minə yaxın proqram mövcuddur və ilin sonuna kimi əlavələrin ümumi sayı 4 minə kimi artacaq. Kontent mağazasının xidmətlərindən dünyanın 23 ölkəsindən istifadəçilər yararlana bilər. Yaxın aylar ərzində LG-nin portalı daha 10 ölkəni əhatə edəcək.

Qeyd edək ki, bu cür internet mağazalar bir neçə tanınmış brendlər tərəfindən təşkil olunub, onların arasında ən populyarı isə Apple şirkətinin App Store saytıdır. Dünya üzrə mobil telefonlar üçün internet vasitəsilə əldə olunan proqramların 97 faizindən çoxu məhz bu internet mağazanın payında düşür


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə